Mişustin işsiz qalan nazirlərə yeni vəzifə verdi


Dünya 23 Yan 2020 08:43:00 143 0

Mişustin işsiz qalan nazirlərə yeni vəzifə verdi

Rusiyanın Baş Naziri Mixail Mişustin yeni hökumətdə yer almayan nazirlərə vəzifə verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müvafiq sərəncamlar hökumətin saytında yerləşdirilib.

O, ölkənin keçmiş Səhiyyə naziri Veronika Skvortsovanı Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri vəzifəsinə təyin edib.

M.Mişustinin digər sərəncamı ilə Maksim Topilin Rusiya Pensiya Fondunun sədri vəzifəsinə təyin olunub. Əvvəlki hökumətdə o, Əmək və Sosial Müdafiə naziri vəzifəsini tuturdu.