Qatlana bilən ekranlı iPhone üçün konsept video hazırlandı VİDEO


Digərləri 23 Yan 2020 08:31:00 154 0

Qatlana bilən ekranlı iPhone üçün konsept video hazırlandı  VİDEO

Son illərin trendi olan qatlana bilən ekranlı telefonlar bir xeyli rəğbət gördü. Samsung Fold, Huawei Mate X və s. modellər ekosistemdə özünü göstərdi. Bəs Apple istehsalı qatlana bilən ekranlə iPhone modeli olsaydı necə olardı? Bu suala cavab vermək istəyən bir dizayner konsept bir video hazırladı.

Son.az technote.az-a istinadən bildirir ki, qrafik dizayner olan TechMorning Youtube kanalı üzərindən hazırladığı iPhone konsept videosun paylaşdı. Videoya diqqətlə baxanda ilk nəzərə çarpan çərçivəsiz bir ekranın olmasıdır. Əslində bunu artıq normal hesab etmək olar. Bir çox şirkət telefonlarında çərçivələri çox incə səviyyələrə sala biliblər. Əgər Apple növbəti illərdə həqiqətən belə bir telefon istehsal etmək istəsə çərçivəsiz ekran görməyimiz mümkün ola bilər. Digər modellərdən fərqli olaraq bu konseptdə cihaz tam ortadan qatlana bilir və kamera modullarının fərqli yerləşməsi ilə seçilir. Bəs sizcə nə vaxtsa Apple qatlana bilən ekrana malik iPhone modeli istehsal edə bilər?