Avstraliyada yanğınları söndürən təyyarə ilə əlaqə kəsilib


Dünya 23 Yan 2020 08:29:12 135 0

Avstraliyada yanğınları söndürən təyyarə ilə əlaqə kəsilib

Avstraliyada yanğınları söndürən təyyarə ilə əlaqə kəsilib

Avstraliya hakimiyyəti ölkənin cənub-şərqində Yeni Cənubi Uels ştatında meşə yanğınlarının söndürülməsiylə məşğul olan təyyarə ilə əlaqəni itirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kənd Yanğınsöndürmə xidmətinin“Twitter”dəki xəbərində deyilir.

"Yeni Cənubi Uelsin (ştatın-red) Kənd Yanğınsöndürmə xidməti günorta Yeni Cənubi Uelsin cənub hissəsində təyyarə ilə bağlı ciddi hadisəni araşdırır. Snoui Monaro ərazisində işləyən böyük aviatankerlə əlaqə itib", - yanğınsöndürmə xidməti bildirib.