Sabirabadda avtomobilin vurduğu piyada Bakıya gətirilib


Digərləri 23 Yan 2020 08:23:00 223 0

Sabirabadda avtomobilin vurduğu piyada Bakıya gətirilib

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza Qaragünə kəndi ərazisində baş verib.

"VAZ-2107" markalı minik avtomobili yolu keçən 1994-cü il təvəllüdlü Qayıbov Baloğlan Əhməd oğlunu vurub.

Yaralı dərhal Bakıya, 1 saylı şəhər xəstəxanasına gətirilib.