Trüdo və Ərdoğan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər


Dünya 23 Yan 2020 08:02:00 128 0

Trüdo və Ərdoğan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Kanadanın Baş naziri Castin Trüdo və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti və Ukrayna təyyarəsinin İranda qəzaya uğraması üzrə araşdırma işini müzakirə ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kanada Baş Nazirinin Aparatı tərəfindən yayımlanan açıqlamada bildirilir.

Bildirilib ki, Baş nazir, Prezident Ərdoğana (təyyarə) faciəsi ilə əlaqədar Türkiyədən Kanadaya kömək göstərdiyinə, o cümlədən fəlakət qurbanlarının ailə üzvlərinin Türkiyə ərazisindən (İrana) keçməsinə görə təşəkkür edib:

"Liderlər, eyni zamanda bu faciə ilə əlaqədar tam, şəffaf və etibarlı bir araşdırma aparılacağına razılıq veriblər".