İranda zəlzələ oldu: 5,2 bal


Dünya 23 Yan 2020 07:55:00 138 0

İranda zəlzələ oldu: 5,2 bal

İranın Hormozqan vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 22:53-də 21 kilometr dərinlikdə qeyd alınıb. Yeraltı təkanların episentri Sarqaz kəndindən 26 kilometr məsafədə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.