Türkiyədə 5,4 bal gücündə zəlzələ olub


Dünya 23 Yan 2020 07:25:00 118 0

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

Türkiyənin Manisa vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Akhisar rayonunda qeydə alınıb.

Onun ardınca, Kırkağac rayonunda 4,4 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar yerli vaxtla saat 22:25-də qeydə alınıb. Daha sonra saat 22:34-də 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Təxminən 6.98 kilometr dərinlikdə baş verən zəlzələ İzmir, Manisa, Aydın əyalətlərində, həmçinin Yalova və Bursada da hiss edilib.