1 həftəyə 20 milyon baxış sayı topladı VİDEO


Digərləri 23 Yan 2020 06:31:00 144 0

1 həftəyə 20 milyon baxış sayı topladı  VİDEO

ABŞ-ın "Jonas Brothers" pop-rok qrupunun "What a man gotta do" mahnısına çəkdirdiyi klipi bir həftə ərzində Yutubda 20 milyon baxış sayı toplayıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ekran işi 70-80-ci illərin fimlərinin üslubunda çəkilib. Klipdə Conas qardaşları həyat yoldaşları ilə bərabər yer alıblar.

Belə ki, Nik Conas və Priyanka Çopra "Riskli biznes" (1983) komediyasından epizodu canlandırırlar. Co Conas və Sofi Törner "Briolin" (1978) müziklindəki məktəblilərin rəqsini təkrar edirlər, Kevin və Dantel Conas isə "Nəsə de" (1989) dramındakı qəhrəmanları canladırırlar.

Bu, Conas qardaşlarının həyat yoldaşları ilə bərabər yer aldıqları ilk işləri deyil. 2019-cu ildə "Sucker" hitinə çəkilən klipdə də onlar ailəlikcə görüntülənmişdi. Bir ildən də az müddət ərzində video 245 milyon baxış sayı toplayıb.


Xəbərə aid video