“iOS” sistemində geolokasiya funksiyasını tam söndürmək mümkün olub


Digərləri 23 Yan 2020 07:01:00 155 0

“iOS” sistemində geolokasiya funksiyasını tam söndürmək mümkün olub

"Apple" şirkəti mobil əməliyyat sistemində geolokasiya funksiyasını tam söndürməyə imkan yaradıb. Müvafiq imkan "iOS 13.3.1" əməliyyat sisteminin beta versiyasında istifadəyə verilib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "2019"-cu ildə buraxılan "iPhone" smartfonları genişzolaqlı bağlantının dəstəklənməsi üçün "Ultra Wideband" (UWB) texnologiyalı yeni "U1" çipi ilə təchiz edilib. Bu yenilik səbəbindən qurğunun olduğu yer geolokasiya xidmətləri söndürülmüş vəziyyətdə olanda da izlənilir.

2019-cu ilin sonunda kibertəhlükəsizlik üzrə mütəxəssis Brayan Krebs öz müşahidələri barədə fikrini bölüşüb. O, eksperiment zamanı smartfonda peyk məlumatları üçün sorğu göndərmək imkanını söndürərək təyyarə rejimini işə salıb. Bu halda ekranın sağ küncündə "GPS" sisteminin işləməsini sübut edən kompas işarəsi görünüb. Mütəxəssisin fikrincə, "Apple" istifadəçi tərəfindən "GPS" sistemindən istifadəyə qoyulan qadağadan yayınmaqla onun məxfilik hüququnu pozub.

"Apple" son nəticədə bu çatışmazlığı aradan qaldırmaq qərarına gəlib. Belə ki, "Mashable" resursunun jurnalistləri tərəfindən "iOS 13.3.1" əməliyyat sistemində "U1" çipini söndürməyə imkan verən funksiya aşkarlanıb. O, "Sistem xidmətləri" (System Services) quraşdırma menyusunda yerləşir.