Dünyanı bürüyən Korona virusu nədir? Azərbaycana keçə bilərmi?


Digərləri 22 Yan 2020 23:29:00 757 0

Dünyanı bürüyən Korona virusu nədir?  Azərbaycana keçə bilərmi?

Korona virusu ilə bağlı son ölüm xəbərləri gəlməyə davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan virus dekabrdan bu yana yüzlərlə can alıb. Virusun quruluşunu tədqiq edən elm adamı Leo Poon, bu virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin etdiyini söyləyib.

Son.az medicina.az-a istinadən bildirir ki, bütün dünyada gündəm olan virus haqqında ən çox verilən sual onun necə virus olması və simptomlarının nə olması ilə əlaqədardır.

Virus haqqında danışan Leo.P bildirib ki, korona virusu haqqında bildiyimiz odur ki, pnevmaniyaya səbəb olur, daha sonra bir çox yeni virus kimi antibiotik müalicəsinə cavab vermir. Korona virusu heyvanlar arasında geniş yayılmış böyük bir viruslar qrupudur.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən verilən məlumata görə, nadir hallarda alimlərin zoonotik adlandırdıqları hadisə baş verə bilər. Beləliklə, virus heyvanlardan insanlara ötürülə bilər.

Bu günə qədər virus haqda bilinənlər

-Çinin Wuhan bölgəsində ortaya çıxıb

-Təsirlənən insan sayı 440-dan çoxdur

-Virusdan 9 nəfər dünyasını dəyişib

- Dəqiq müalicəsi tapılmayıb, lakin yüngülləşdirici müalicələri var

Ümumdüya Səhiyyə Təşkilatı bu xəstələrin necə izləniləcəyi, xəstələrə necə davranılacağı və səyahət edəcəkləri ölkələrə necə hazırlıqlı gedə biləcəkləri haqqında məqalə hazırlayıb.

Simptomları ümumən soyuqdəyməyə bənzər şəkildə, xəfif yaxud orta dərəcədə xroniki yuxarı tənəffüs xəstəliyi olan insanları daha tez təsiri altına sala bilir. Korona virusu simptomları arasında burun axması, öskürək, boğaz, baş ağrısı və bir neçə gün davam edən qızdırma var.