Məşhur həkimdən bu dərmanla bağlı VACİB AÇIQLAMA


Digərləri 22 Yan 2020 23:20:00 160 0

Məşhur həkimdən bu dərmanla bağlı VACİB AÇIQLAMA

Həkim Komarovskinin dediyinə görə "Validol" həblərinin effekti nanəli konfetin təsiri ilə müqayisə olunur.

Son.az xəbər verir ki, tanınmış həkim, ukraynalı pediatr, Rusiya və Ukraynada 15-dən çox kitabın müəllifi, sağlamlıq verilişinin aparıcısı -Yevgeni Komarovski xalq arasında istifadəsi geniş yayılan "Validol" haqqında vacib açıqlamalar verib:

""Validol" "Valerian" mentolunun aktiv qoxulu maddəsidir, yeganə terapevtik təsiri ağzı təravətləndirməsidir. Yəni "Validol"un ən azı bir şeyi müalicə edə biləcəyini sübut edən araşdırma yoxdur. Dərman haqqında tədqiqatlar ötən əsrin 70-ci illərində başa çatıb. Yəni "Validol"un təsiri məsələn, nanəli konfetin və ya öskürək əleyhinə dərmanların effekti ilə eynidir. Bir sözlə - heç bir təsiri yoxdur. Eyni zamanda tamamilə zərərsizdir.

"Validol"dan istifadə riski fərqlidir: ürək ağrıları olan nənəniz və ya babanız adekvat yardım almaq əvəzinə "Validol" içir. Belə olan halda infarkt riski yüksəlir.

Odur ki, nənənizin və ya yaxınlarınızın ürəyi ağrıyırsa, diaqnoz qoyulması üçün həkimə aparın. "Validol"un sivil müalicə ilə heç bir əlaqəsi yoxdur.