Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO)


Digərləri 22 Yan 2020 23:28:50 186 0

Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb (FOTO)

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu daha məhsuldar olan yeni buğda, arpa və noxud sortları yaradıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu daha məhsuldar olan yeni buğda, arpa və noxud sortları yaradıb. Bu barədə Trend-ə institutdan məlumat verilib. Bildirilib ki, bununla bağlı "Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının toplanması, in situ/on-farm və ex situ şəraitdə mühafizəsi, tədqiqi, özək və əlamət kolleksiyaların yaradılması və seleksiyada istifadəsi" mövzusunda tədqiqat aparılıb. Tədqiqat nəticəsində bərk buğdanın “Maya”, yumşaq buğdanın “Start”, çoxcərgəli arpanın “Cəmil”, noxudun “Cəmilə”, inək noxudunun “Ayla” sortları yaradılıb. Əvvəlkilərdən daha məhsuldar olan bu sortlar Azərbaycanın müxtəlif regionlarında becərilmək üçün rayonlaşdırılıb.