Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Digərləri 22 Yan 2020 22:55:00 138 0
2019-cu il ərzində Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4 faiz artaraq 57 milyard 035,0 milyon manat təşkil edib.
Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 5758,6 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52500 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 faiz çox vəsait qalıb.
Mənbə: milli.az