Bu ölkədə ötən il 34 min insan öldürüldü


Dünya 22 Yan 2020 22:44:00 135 0

Bu ölkədə ötən il 34 min insan öldürüldü

2019-cu ildə Meksikada törədilən qətllərin sayı son 20 ilə nəzər yetirdikdə ən yüksək səviyyəyə çatıb.

Son.az xəbər verir ki, rəsmi məlumatlara görə, 130 milyon əhalisi olan ölkədə keçən il 34 min 582 adam öldürülüb.

2018-ci ildə isə törədilən qətllərin sayı 33 min 743 nəfər olub.

Meksikada cinayət sayı beş ildir davamlı artır. Ancaq 2019-dakı artım nisbəti 2,5% olub. Cinayətlərin böyük əksəriyyəti narkotik kartellerinin fəaliyyətləri ilə əlaqəlidir.

Mütəxəssislər cinayət sayındakı artımın əvvəlki illərdən fərqli olaraq təkcə narkotik alverindən qaynaqlanmadığına diqqət çəkir. Səlahiyyətlilər Quanajuato kimi əyalətlərdə əsas səbəblərdən birinin benzin oğurluğu olduğunu söyləyib.