Beyninizin sizdən tələb etdiyi 5 şey Ödəmədikdə, nə olur?


Digərləri 22 Yan 2020 22:49:00 159 0

Beyninizin sizdən tələb etdiyi 5 şey  Ödəmədikdə, nə olur?

Hər bir orqan kimi beynin də öz tələbləri var. Bunlardan bəziləri çox maraqlıdır. Elə adam var, qeyri-iradi olaraq bunları edir, eləsi də var, beyninin nə istədiyini bilmir. Beyin bütün bədəni idarə etdiyi üçün, onun istədiklərini ona verməliyik.

Son.az bildirir ki, medicina.az beynimizin bizdən hər gün tələb etdiyi 5 şeyi aydınlaşdırıb.

1. Kofein və teanin - beyinə çox miqdarda lazımdır. Bunlar vasitəsilə o həm rahat, həm ayıq olur.

Kofein yaddaşı da yaxşılaşdırır, lakin onun da dozası var. Çox qəbul etdikdə, əsəb və gərginlik yaranır. Ona görə kofeinə teanin lazımdır ki, məhz bu aminturşusu gərginliyi, oyanıqlığı azaldır.

Bəs nə içməli: nə qəhvə, nə çay. Kofeinlə teaninin birlikdə olduğu təbii vasitə yaşıl çaydır. Onu gündə 3 fincan için.

2. Beyinə Günəş işığı lazımdır

Beyin əhval-ruhiyyənin mərkəzidir. Günəş işığı olmadıqda beyin də, ruh da kefsiz olur. Beyində gedən bir çox vacib proseslərə də günəş və onun sintez etdiyi D vitamini vacibdir. Ona görə göydə Gün görən kimi maksimum gəzin.

3. Polifenollar tapın

Xoşbəxt olmaq istəyirsizsə, polifenol antioksidantını tapıb beyinə verməlisiz. Bu isə kakaoda boldur. Əbəs yerə demirlər ki, depressiya zamanı şokolad ye. Amma biz məsləhət görərdik ki, elə təmiz kakao alıb içəsiz. Çünki kakaoda həyəcan və təşvişə cavabdeh reseptorları sakitləşdirən güc var.

Kakao qan dövranı, ürək-damar,diabet, insult, infarkt riskini də azaldır.