Gülən depressiya nədir? Ən təhlükəli maskanın altında nələr var


Digərləri 22 Yan 2020 22:32:00 252 0

Gülən depressiya nədir?  Ən təhlükəli maskanın altında nələr var

Depressiya çoxmaskalıdır. Hər ağlayan, küsən, otağa çəkilən depressiyada demək deyil. Hər gülən, pozitiv insan da depressiyası yoxdur anlamına gəlmir. Depressiyanın maskaları çoxdur, ən təhlükəlisi də elə bu maskalı olanlardır.

Son.az medicina.az-a istinadən bildirir ki, zahirən xoşbəxt görüntü yaradıb, əslində ağır depressiyada olan insanların diaqnozu "gülən depressiyadır".

Hazırda bu termin çox populyar olub, daha çox gənclər arasında yayılıb. Psixoloqlar buna atipik, maskalanmış vəziyyət deyirlər. Həqiqətən də depressiyanın bu forması var və məhz bu insanlar suisid riski daşıyır. Yəni depressiyasını məharətlə gizlədən insanlar intiharın bir addımlığında ola bilər.

İntihara meyilli olurlar

Onları cəmiyyətdə, ətrafınızda tanımaq, duyuq düşmək çox çətindir. Adətən bu adamlar başqalarının arxa dayağı olan, dinləmək qabiliyyəti güclü, öz problemlərini özləri həll edən, yüksək utanc hissi olan şəxslərdir.

İşləri, evləri, məqsədləri, ətrafı, təhsili, ailəsi belə ola bilər və hətta bu üstünlüklərinə görə başqalarından seçilir. Gündəlik həyatda aktiv ola bilirlər və asanlıqla hər kəslə ünsiyyət qururlar.

Lakin onların daxilində çox böyük bir ümidsizlik, bezginlik, qaranlıq var və çox zaman təklikdə qalanda, gecələr və yatmazdan əvvəl və səhər yuxudan oyananda "bu gün hər şeyi bitirməliyəm, belə olmaz" fikrini çox düşünürlər.

Güləyən depressiya formasında olan insanların daxili gücü o qədər çox olur ki, əgər intihar məqsədləri olarsa, bunu düşünüb, rahatlıqla edə bilərlər. Adətən belə hadisədən sonra ətrafı, ailəsi şoka düşür və bu insanın özünü şübhəli aparmadığını, deyib güldüyünü bildirirlər.

Gülən depressiyanın digər əlamətləri:

- Aclıq hissinin olmaması, güclə yemək, iştahsızlıq - və ya əksinə dəhşətli dərəcədə aclıq, çox yemək, doymamaq - Əl-ayaqlarda sanki ağır beton qandallar varmış hissi

- Tənqidə dözümsüzlük, ətrafa qarşı kritik olmaq - Səhərlər çox pis əhval ruhiyyənin olması - Yuxunun pozulması

- Həyatındakı xoş hadisələrin ona təsir etməməsi - Növbəti il üçün planının olmaması

- Yeni geyim və s almamaq - Beyində daim pis xatirələri, uğursuzluqları düşünmək