İdlibdə silahlılar Suriya ordusuna hücum ediblər


Digərləri 22 Yan 2020 22:17:00 150 0

İdlibdə silahlılar Suriya ordusuna hücum ediblər

Silahlılar Suriyadakı İdlib de-eskalasiya zonasında hökumət qüvvələrinə üç dəfə hücum ediblər, bütün hücumlar dəf edilib

Bakı. Silahlılar Suriyadakı İdlib de-eskalasiya zonasında hökumət qüvvələrinə üç dəfə hücum ediblər, bütün hücumlar dəf edilib. Trend-in məlumatına görə, bu barədə brifinqdə Rusiyanın Suriyadakı barışıq üzrə mərkəzinin rəhbəri Yuri Borenkov bildirib. Y.Borenkov deyib: "Yanvarın 22-də İdlib əyalətində fəaliyyət göstərən "Türküstan İslam Partiyasının" terror qruplaşmasının birləşmələri hökumət qoşunlarına üç dəfə hücum edib". Mərkəz rəhbəri bildirib ki, Herbet-Maazian-Faran istiqamətində dörd silahlanmış pikapın dəstəyi ilə 30 silahlı şəxs Suriyanın mövqelərini gözlənilməz bir hücumla ələ keçirməyə cəhd göstərib. Hücum dəf edilib, 3 nəfər öldürülüb, 7 terrorçu yaralanıb. 3 Suriyalı əsgər həlak olub, səkkizi isə yaralanıb.