Çində koronavirusdan ölənlərin sayı 17yə çatıb


Dünya 22 Yan 2020 21:32:00 136 0

Çində koronavirusdan ölənlərin sayı 17yə çatıb

Çində koronavirusun yeni növünün səbəb olduğu pnevmoniyadan ölənlərin sayı 17-yə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, daha əvvəl virusdan 9 nəfərin öldüyü açıqlanmışdı.

Bu günə qədər virus 25 əyalət və şəhərə yayılıb. Ölkə daxilində yoluxanların sayı 473 nəfərə çatıb.

Qeyd edək ki, yeni virus dekabrın sonlarında Çinin Uhan əyalətində qeydə alınıb.