İki gənc qız dəm qazından zəhərləndi


Digərləri 22 Yan 2020 21:29:00 138 0

İki gənc qız dəm qazından zəhərləndi

Şəkidə iki gənc qız dəm qazından zəhərlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Qax sakini, 1997-ci il təvəllüdlü  Hüseynova Aytac Qurban qızı və Şəki sakini, 2000-ci il təvəllüdlü Həsənova Fidan Ayaz qızı zəhərlənmə əlamətlərilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Xəstəxanada müayinə zamanı onların yaşadıqları Şəki şəhər Axundov küçəsi 32 ünvanında dəm qazından zəhərləndikləri məlum olub.

A.Hüseynovun vəziyyəti yaxşı olduğu ücün yardım göstərildikdən sonra evə buraxılıb, digər xəstə F.Həsənovanın müalicəsi isə xəstəxananın reanimasiya şöbəsində aparılır.

Faktla baglı araşdırma aparılır.