Naqif Həmzəyevin seçicilərlə görüşləri uğurladavam edir (FOTO/VİDEO)


Digərləri 22 Yan 2020 20:45:36 161 0

Naqif Həmzəyevin seçicilərlə görüşləri uğurladavam edir (FOTO/VİDEO)

Naqif Həmzəyev seçiciləri fəal olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.

Bakı. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir. Trend-in məlumatına görə, seçki dairəsinin əhatə etdiyi məhəllələrdə, mənzillərdə seçiciləri ilə görüşən Naqif Həmzəyev onları maraqlandıran suallara cavab verib, qaldırılan problemlərinin həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini bildirib. V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə ona səs vermiş seçicilərinin etimadını doğrultmağa çalışdığını qeyd edən Naqif Həmzəyev seçiciləri fəal olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb. Seçiçilər də öz növbəsində fevralın 9-nu səbrsizliklə gözlədiklərini, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurların davamlı olması üçün Yeni Azərbaycan Partiyasının təmsilçilərinə səs verəcəklərini bildiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin