Tripoli hava limanı fəaliyyətini bərpa edib


Dünya 22 Yan 2020 20:11:25 144 0

Tripoli hava limanı fəaliyyətini bərpa edib

Liviyanın paytaxtı Tripolinin "Mitigə" beynəlxalq hava limanı bu gün raket atəşi səbəbindən müvəqqəti bağlandıqdan sonra fəaliyyətini bərpa edib.

Liviyanın paytaxtıTripolinin "Mitigə" beynəlxalq hava limanı bu gün raket atəşi səbəbindən müvəqqəti bağlandıqdan sonra fəaliyyətini bərpa edib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Bundan əvvəl raket zərbəsinə məruz qalan hava limanında təyyarələrin eniş-qalxışının dayandırıldığı xəbər verilmişdi. Paytaxtdakı Liviya Milli Uzlaşma Hökumətinin silahlı qüvvələrinin sözçüsü Məhəmməd Qanunobununla bağlı Liviya Milli Ordusunu ittiham edərək hava limanına 6 ədəd “Qrad” raketinin atıldığını, bu kimi addımların tərəflər arasında atəşkəs tarazlaşmasına zidd olduğunu bildirmişdi.