“İşçilərinizi yaxşı tanımırsınız”


Şou-biznes 22 Yan 2020 20:19:00 132 0

“İşçilərinizi yaxşı tanımırsınız”

Tanınmış aparıcı Mətanət Əliverdiyeva "Baku TV"də qonaq olub.

Son.az "Yeni Sabah"a istinadən xəbər verir ki, aparıcı illərdir çalışdığı ATV telekanalını tənqid edib. O, kanalın onun yaradıcılığının 25 illiyini təbrik etməməsini əsas gətirib:

"Çalışdığım kanal inciməsin. Mənim 25 illiyimi təbrik etmədiniz. Mən çox təəssüf edirəm. Heç işçilərinizi yaxşı tanımırsınız. "5 Gəlin" kollektivi məni təbrik etdi. Sənədlər var, kim neçə ildir çalışır yazılıb. Həm radio, həm televiziya sahəsində az iş görməmişəm. Bir rinq olsun, görüm, Mətanətlə kim bacarır".