Ağstafada qumbara tapılıb


Sosial 22 Yan 2020 20:06:34 148 0

Ağstafada qumbara tapılıb

Ağstafa rayonunda qumbara tapılıb.

Ağstafa rayonunda qumbara tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, yanvarın 22-sisaat 11:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində 2 ədəd şübhəli bağlamanın tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağstafa Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib vəərazidə məişət tullantıları sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd F-1 əl qumbarası (2 ədədi boş), 3 240 ədəd 5.45 mm-lik təlim məqsədli patronlar və 1 ədəd tir tüfəngi (TOZ-8) aşkar olunub.

Tüfəng Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib, hərbi təyinatlı əşyalar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək