"SOCAR Turkey" TANAP vasitəsilə qaz nəqlinin həcmini açıqlayıb


Digərləri 22 Yan 2020 19:54:00 151 0

"SOCAR Turkey" TANAP vasitəsilə qaz nəqlinin həcmini açıqlayıb

"Azərbaycan qazını Türkiyə və Avropaya tədarük edəcək 3500 kilometr uzunluğunda "Cənub Qaz Dəhlizi"nin vacib hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə qaz nəqlinin həcmi 2019-cu ilin sonunda 3,7 milyard kubmetrə çatıb".

Son.az xəbər verir ki, bunu Trend-ə "SOCAR Turkey" şirkətinin baş direktoru Zaur Qəhrəmanov deyib.

O xatırladıb ki, 16 milyard kubmetr qaz nəql etmək gücünə malik TANAP 6 milyard kubmetr qazın Türkiyəyə, 10 milyard kubmetr qazın isə Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya nəqli üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, bu layihə ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında səmərəli rol oynayacaq.