Hakan Fidana qarşı şok suiqəsd planı


Dünya 22 Yan 2020 19:14:00 148 0

Hakan Fidana qarşı şok suiqəsd planı

FETÖ Hakan Fidanı öldürmək istəyib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər "Hürriyyət" yazarı Əbdülqadir Selvinin bugünkü köşə yazısında yer alıb.

"Keçmiş MİT-çi (Milli Kəşfiyyat Təşkilatı) Ənvər Altaylının Kaşif Kozinoğlu (MİT-in Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri - red.) haqqında FETÖ-ya yazdığı məktub ortaya çıxdı. Altaylı Kozinoğlunun MİT rəhbəri olmağa çalışdığını bildirərək, "Əgər elə şey olarsa, fəlakət olar" deyirdi. Bəs bu məktubdan sonra nə baş verir? Həbsxanaya atılan Kozinoğlu buradan bayıra ölü olaraq çıxır.

Bu məktub çox önəmlidir. Niyə? FETÖ-nun AKP-yə qarşı ilk əməliyyatı nə idi? 7 fevralda MİT rəhbəri Hakan Fidanı həbs etmək istəmişdilər. Hakan Fidan içəri girsə, sağ qala biləcəkdimi? Bir sual daha. AKP dönəmindəki ilk məchul cinayət nə idi? Nəcib Hablemitoğlu (türkiyəli məşhur tarixçi, yazar. Atatürk ideyalarının müdafiəçisi kimi tanınıb - red.) sui-qəsdi deyildimi? Bəs Habelmitoğlu nə ilə mübarizə aparırdı? Gülənlə. Hablemitoğlunun MİT rəhbəri olmaq istədiyi deyilirdi. Hər üç olayın kəsişmə nöqtəsində MİT-in olması sizə qəribə gəlmirmi?" - deyə o bildirib.