Yığmamız qələbə qazanıb


Digərləri 22 Yan 2020 19:22:38 146 0

Yığmamız qələbə qazanıb

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Bakı. Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Trend-in məlumatına görə, “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda digər qolları Elçin Qasımov və Balamirzə Sultanov vurub. Xatırladaq ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.