Çində koronavirusdan ölənlərin sayı 17-yə çatıb


Digərləri 22 Yan 2020 19:05:18 136 0

Çində koronavirusdan ölənlərin sayı 17-yə çatıb

Daha əvvəl virusdan 9 nəfərin öldüyü açıqlanmışdı.

Bakı. Çində koronavirusun yeni növünün səbəb olduğu pnevmoniyadan ölənlərin sayı 17-yə çatıb. Trend-in məlumatına görə, daha əvvəl virusdan 9 nəfərin öldüyü açıqlanmışdı. Bu günə qədər virus 25 əyalət və şəhərə yayılıb. Ölkə daxilində yoluxanların sayı 473 nəfərə çatıb. Qeyd edək ki, yeni virus dekabrın sonlarında Çinin Uhan əyalətində qeydə alınıb.