İspaniyada əlverişsiz havalar fəsadlar törədib, ölənlər var


Dünya 22 Yan 2020 18:58:30 109 0

İspaniyada əlverişsiz havalar fəsadlar törədib, ölənlər var

İspaniyada yanvarın 19-dan başlayan fırtına, çovğun, yağışlar nəticəsində azı 8 nəfərin öldüyü bildirilir.

İspaniyada yanvarın 19-dan başlayan fırtına, çovğun, yağışlar nəticəsində azı 8 nəfərin öldüyü bildirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, onlarla insan xəsarət alıb, bir neçə nəfər itkin düşüb.

Fırtrınaya görə bəzi yollar və dəniz limanları bağlanıb, bölgələrdə məktəblər fəaliyyətini dayandırıb.

Güclü çovğun ölkənin cənub-şərq bölgəsində də özünü göstərib, bəzi məntəqələrdə qarın hündürlüyünün yarımfuta çata biləcəyi bildirilir.

İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) Aralıq dənizi regionunun qərbini cənginə alan “Gloria” siklonu sistemi ilə bağlı daha əvvəl ölkənin bir sıra əyalətləri üçün çərşənbə axşamı və çərşənbə günləri əlverişsiz havalara dair “qırmızı” xəbərdarlıq yaymışdı. Bu gün havalar bir qədər düzəlsə də, 9 əyalətdə xəbərdarlıq qüvvədə qalır.