“Total” şirkəti: “Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021ci ildə nəzərdə tutulur"


Digərləri 22 Yan 2020 18:57:00 155 0

“Total” şirkəti: “Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021ci ildə nəzərdə tutulur"

Energetika naziri Pərviz Şahbazov "Total" şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agutu qəbul edib.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə "Abşeron" layihəsinin icra vəziyyəti və "Total" şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov "Abşeron" layihəsi çərçivəsində görülən işləri, ölkənin daxili tələbatının ödənilməsində böyük qaz-kondensat ehtiyatlarına malik bu yatağın rolunu yüksək qiymətləndirib. Nazir yataqda hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə maraqlanıb.

"Total" şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agut "Abşeron" layihəsini hər iki tərəfin maraqlarına cavab verən layihə kimi dəyərləndirib. Xəzər dənizində ən dərin quyunun qazılması da daxil olmaqla "Abşeron" yatağında hasilata başlanması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb. Regis Agut bildirib ki "Abşeron" yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur.