"Onları insanların gözü qarşısında asmaq lazımdır"


Şou-biznes 22 Yan 2020 18:59:00 125 0

"Onları insanların gözü qarşısında asmaq lazımdır"

"Sosial şəbəkədə aktiv istifadəçiyəm, amma çox anlayışım yoxdur. Çünki səhifəmi başqası işlədir. Hərdən girib şərhləri oxuyuram, gözəl sözlər yazırlar. Şərhlərə fikir vermirəm. Gözlərim ancaq gözəllik görür. Kimsə təhqir yazırsa, bu onun daxili mədəniyyətidir".

Son.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Məleykə Əsədova deyib. Aktrisa sosial şəbəkələrdən, yayılan problemlərdən danışıb:

"Çox şeylər paylaşmıram. İstəyirəm izləyicilərimə müsbət ab-hava verim. Amma bu günlərdə 10 yaşlı Nərminin öldürülməsi aktual idi. Bunu paylaşdım. Deyirəm ki, azyaşlılara, qadınlara təcavüz edənləri xalqın gözü önündə asmaq lazımdır. Onlara elə cəza verilməlidir ki, bir də elə addım atmasınlar".

Hər dəfə müasir serialları tənqid edən Əsədova bu dəfə onları tərifləyib. Aktrisa bildirib ki, hazırda çəkilən ekran işləri onun fikrini dəyişib:

"Rejissorlara təşəkkür edirəm, təkliflər gəlir. Məleykə Əsədova deyiləndə ağla Əfsanə, Şirin, Züleyxa gəlir. Bu cür obrazlarla zirvəyə qalxmışamsa, onlardan geri qalmayacaq ssenari istəyirəm.