Beynəlxalq Əmək Təşkilatı: Bu il dünyada işsizlərin sayı azalacaq


İqtisadiyyat 22 Yan 2020 18:34:32 131 0

Beynəlxalq Əmək Təşkilatı: Bu il dünyada işsizlərin sayı azalacaq

BMT-nin əmək münasibətlərini tənzimləyən Beynəlxalq ƏməkTəşkilatı (International Labour Organization - ILO) bu il dünyada işsizlərin sayının təxminən 2,5 milyon nəfər artacağını gözləyir

BMT-nin əmək münasibətlərini tənzimləyənBeynəlxalq ƏməkTəşkilatı (International Labour Organization - ILO) bu il dünyada işsizlərin sayının təxminən 2,5 milyon nəfərartacağını gözləyir.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qurumun məlumatına görə, hazırda dünyada 2,5 milyon əmək qabiliyyətli insan işsizdir. Əmək qabiliyyətini itirmiş insanların sayı isə 473 milyon nəfərdir.

"Milyonlarla sadə insanın işləməklə daha yaxşı həyat qurması getdikcə çətinləşir. İş yerlərindəki davamlı və əhəmiyyətli bərabərsizliklər, məhrumiyyətlər uyğun işin və daha yaxşı bir gələcəyin qarşısını alır. Bu, sosial bərabərlik baxımından dərin və narahat edici bir vəziyyətdir" - deyə, ILO-nun baş direktoru Qay Yardervurğulayıb.

Qeyd edək ki, hazırda dünyada səmərəli və yüksək maaşlı iş yerlərinin az olması səbəbindən 630 milyondan çox insanın gündəlik qazancı 3,2 dollardan azdır və onlarhəddindən artıq və yaxud orta dərəcədə yoxsulluq səviyyəsində yaşayır.