Rusiyanın yeni baş prokuroru bilindi


Dünya 22 Yan 2020 18:44:00 204 0

Rusiyanın yeni baş prokuroru bilindi

Rusiya Federasiya Şurası bu gün keçirdiyi iclasda Yuri Çaykanı baş prokuror vəzifəsindən azad edərək, onun əvəzinə bu posta İqor Krasnovu təyin edib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, İqor Krasnov vəzifəyə təsdiqlənəndən sonra Baş prokuror kimi konstitusiyaya and içib.

Rusiya Prezidenti Vladimir Putin vəzifəsindən azad edilən eks Baş prokuror Yuri Çaykaya Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsi təklif edib.