Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib


Sosial 22 Yan 2020 18:14:27 84 0

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Yanvarın 22-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müz

Yanvarın 22-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı şəhər prokurorluğundan "Report"a verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildiribki, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.

Qeyd olunmuşdur ki, 2018-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11813 hadisə qeydə alındığı halda, 2019-cu ildə 637 hadisə, yəni 5,4% azalaraq 11176 hadisə olmuş, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 olmuşdur.

Müşavirədə cinayət hadisələrinin sayının azalması müsbət göstərici kimi qiymətləndirilsə də, cinayətlərin açılma faizinin azalması ciddi nöqsan kimi vurğulanaraq bağlı qalan cinayətlərin açılması üçün zəruri olan istintaq-əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsi tələb edilmişdir.

2019-cu ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilmişdir.

2018-ci illə müqayisədə hesabat dövründə quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınmış, onlardan 8-i bağlı qalmışdır.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olmuş, onlardan 2-i bağlı qalmışdır.

2019-cu ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12163 cinayət işindən 4207-nin istintaqı tamamlanmışdır.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 10 milyon 477 min manat maddi ziyandan 42 %-i, yəni 4 milyon 427 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 171 min manat maddi ziyandan 95 %-i, yəni 26 milyon 795 min manatı istintaq zamanı ödətdirilmişdir.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır.

Müşavirədə xüsusi qeyd olunmuşdur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, mütəmadi olaraq Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.

2019-cu ildə şəhər prokurorluğu orqanlarına 18610 müraciət daxil olmuş, həmin müraciətlərdən 4925-i həll edilmiş, o cümlədən 1662 müraciət təmin edilmişdir. Qeyd edilən dövrdə 8048 vətəndaş qəbul edilmişdir.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılmışdır. Bununla yanaşı, qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində qeyd olunmuşdur ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır.

Hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunmuşdur.

Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov, Daxili işlər orqanlarının istintaq, təhqiqat, və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Elnur Cəfərov və 12 rayon prokurorları 2019-cu ildə görülmüş işlər və yol verilmiş nöqsanlar barədə çıxış edərək, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyi bildirilmişdir.

Əməliyyat müşavirəsinə yekun vuran şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə etmişdir.

Ötən il Azərbaycanda istehsal edilən ÜDMin məbləği açıqlanıb like
  • 22 Yan 18:14  
Digərləri Ötən il Azərbaycanda istehsal edilən ÜDMin məbləği açıqlanıb

2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu əvvəlki illə müqayisəd

arrow Ətraflı
Bakı şəhər Prokurorluğunun 8 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib like
  • 22 Yan 18:12  
Digərləri Bakı şəhər Prokurorluğunun 8 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Ötən il Bakı şəhər Prokurorluğunda xidməti, icra və əmək intizamını

arrow Ətraflı
2019-cu ildə Bakının prokurorluq orqanlarına daxil olan müraciətlərin sayı açıqlanıb like
  • 22 Yan 18:11  
Sosial 2019-cu ildə Bakının prokurorluq orqanlarına daxil olan müraciətlərin sayı açıqlanıb

2019-cu ildə Bakının prokurorluq orqanlarına daxil olan müraciətlərin say

arrow Ətraflı
Vilayət Eyvazov generalları topladı like
  • 22 Yan 18:11  
Digərləri Vilayət Eyvazov generalları topladı

Daxili İşlər Nazirliyində (DİN) 2019-cu ildə cinayətkarlıqla mübarizən

arrow Ətraflı
Havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət olunub like
  • 22 Yan 18:11  
Digərləri Havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət olunub

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənildiyin

arrow Ətraflı
Səudiyyə Ərəbistanı: Dünya neft ehtiyatlarının artması narahatlıq yaratmır like
  • 22 Yan 18:09  
İqtisadiyyat Səudiyyə Ərəbistanı: Dünya neft ehtiyatlarının artması narahatlıq yaratmır

Səudiyyə Ərəbistanı: Dünya neft ehtiyatlarının artması narahatlıq yara

arrow Ətraflı
Ötən il 1861 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib like
  • 22 Yan 18:09  
Digərləri Ötən il 1861 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

2019-cu ilin 11 ayı ərzində 1861 nəfər daimi yaşamaq üçün Azərbaycana

arrow Ətraflı
Ötən il Bakı şəhər Prokurorluğunda 4 207 cinayət işinin istintaqı yekunlaşıb like
  • 22 Yan 18:08  
Digərləri Ötən il Bakı şəhər Prokurorluğunda 4 207 cinayət işinin istintaqı yekunlaşıb

Prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının i

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 22 Yan 18:07  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Yanvarın 23-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Bakının prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub like
  • 22 Yan 18:06  
Sosial Bakının prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Baş prokurorun müvafiq əmrləri ilə Bakı şəhər prokurorluq orqanlarını

arrow Ətraflı
Bakı şəhər prokuroru: Ötən il baş verən ağır cinayətlərin sayı azalıb like
  • 22 Yan 18:04  
Digərləri Bakı şəhər prokuroru: Ötən il baş verən ağır cinayətlərin sayı azalıb

2019-cu ildə Bakı şəhəri ərazisində prokurorluq və polis orqanları üzr

arrow Ətraflı
İlqar Abbasov: “Ötən il 4 427 000 manat maddi ziyan istintaq zamanı ödətdirilib” like
  • 22 Yan 18:03  
Sosial İlqar Abbasov: “Ötən il 4 427 000 manat maddi ziyan istintaq zamanı ödətdirilib”

Ötən il baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən

arrow Ətraflı
Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb like
  • 22 Yan 18:01  
Sosial Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb

2018-ci illə müqayisədə hesabat dövründə Bakıda quldurluq hadisəsi 3 ha

arrow Ətraflı
Ötən il paytaxtda 65 qətlin üstü açılıb like
  • 22 Yan 18:01  
Sosial Ötən il paytaxtda 65 qətlin üstü açılıb

2018-ci ildə Bakı şəhər ərazisində prokurorluq və polis orqanları üzr

arrow Ətraflı
LUKOYL və SOCAR Xəzər dənizində birgə layihələr planlaşdırır like
  • 22 Yan 18:01  
Digərləri LUKOYL və SOCAR Xəzər dənizində birgə layihələr planlaşdırır

"Rusiyanın LUKOYL şirkəti Xəzər dənizində Azərbaycan Dövlət Neft

arrow Ətraflı