Havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət olunub


Digərləri 22 Yan 2020 18:11:00 144 0

Havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət olunub

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənildiyindən sürücülərə son dərəcə diqqətli olmaları tövsiyə edilir.

Bakı. Havanın dəyişəcəyi, güclü küləyin əsəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırırıq. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O, vətəndaşlara müraciət edib ki, uşaqları soyuq və küləkli havada nəzarətsiz buraxmasınlar, ağacların altında durmasınlar, avtomobillərini ağacların altında saxlamasınlar. Nazirliyin sözçüsü onu da bildirib ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənildiyindən sürücülərə son dərəcə diqqətli olmaları tövsiyə edilir.