İsrail gimnastı Linoy Aşram: Milli Gimnastika Arenasında özümü evdəki kimi hiss edirəm


Digərləri 22 Yan 2020 18:18:25 120 0

İsrail gimnastı Linoy Aşram: Milli Gimnastika Arenasında özümü evdəki kimi hiss edirəm

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə İsrail milli komandasının təlim-məşq toplanışı keçirilir

Bakı. Nərgiz Sadıxova, Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə İsrail milli komandasının təlim-məşq toplanışı keçirilir. Toplanışda həm böyük, həm də gənc gimnastlar iştirak edir. Gimnast Linoy Aşram Trend-ə bildirib ki, Bakıya böyük məmnuniyyətlə gəlir: “Birinci dəfə deyil ki, mən Bakıya gəlirəm. Milli Gimnastika Arenasında özümü evdəki kimi hiss edirəm. Deyə bilərəm ki, burada mənim ikinci ailəm var, çünki burada çox vaxt keçirirəm. Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva bizə çox kömək edir. Buna görə, ona minnətdarıq. Bakıda məşqlər üçün əla şərait yaradılıb, mən burada yarışlara yüksək səviyyədə hazırlaşıram”. Azərbaycanlı gimnastların çıxışlarından danışan L.Aşram vurğulayıb ki, onlar hər dəfə öz proqramlarını daha da təkmilləşdirir: