Azərbaycan FITUR beynəlxalq turizm sərgisində təmsil olunur


Digərləri 22 Yan 2020 17:49:09 87 0

Azərbaycan FITUR beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan FITUR beynəlxalq turizm sərgisində təmsil olunur

Bu günDövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti FITUR beynəlxalq turizm sərgisində iştirak edib.

“Report” bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə,İspaniyanın paytaxtı Madriddə keçirilən sərgi çərçivəsində qurumun sədri Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının rəsmiləri, həmçinin dövlət nümayəndələri və şirkət rəhbərləri arasında görüşlər keçirilib. Bu görüşlərdəturizm sahəsinin inkişafına dair ikitərəfli müzakirələr aparılıb.

Yanvarın 26-na qədər davam edəcək sərgidə turizm şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycanın turizm imkanları barədə təqdimatlar ediəcək, B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriləcək.

Xatırladaq ki, ötən ilFITUR sərgisində 165 ölkədən 10 mindən çox şirkət iştirak edib və sərgi 142 mindən çox ziyarətçi qəbul edib. Bu il təşkil olunan sərgi sayca 40-cıdır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək