"Bu adamın 3 bankı var"


Şou-biznes 22 Yan 2020 17:41:00 157 0

"Bu adamın 3 bankı var"

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda bank sektorunu tənqid edib.

Son.az xəbər verir ki, Tolik bankları faiz götürmək məqsədi ilə müraciət edən müştəriləri araşdırmadan kimə gəldi kredit verməkdə ittiham edib:

"Bu yaxınlarda bizə bir Qarabağ qazisi gəldi, iki oğlu var idi. Gəldi dedi ki, "Mən 10 min manata yaxın bankdan borc götürmüşəm. 450 manat pensiya alıram. Uşaqlarım oxumur". Baxdım ki, 3 fərqli bank, demirəm adlarınızı, kredit vermisiniz buna. Biri 2 min 500 manat, biri 4 min 700, biri nə bilim nə qədər... Siz baxmırsınız ki, sisteminizi təkmilləşdirin baxın ki, bu adamın bankı var. Qol çəkirsiniz, verirsiniz pulunuzu. Faizini yeyirsiniz, indi halal yeyirsinizsə halal, haram yeyirsinizsə haram xoşunuz olsun. Bu camaatı niyə incidirsiniz siz bəs? Bu camaata başa salın ki bu kredit elə-belə verilmir. Sonra özlərini yandırmasınlar. Sizə nə var ki, verirsiniz. Ən çox da bölgələrdəki banklar. Siz faiz, pul qazanırsınız camaatdan. Camaatın evin yıxmayın. Kişi gəlib bura, əlildir. Deyir 10 min manata yaxın 3 banka borcum var. Bu 3 bank bir-birindən xəbərsiz necə buna pul verib?! Bu sistemi niyə təkmilləşdirməmisiniz biləsiniz ki, bu adamın bankı var".