Bakı zooparkının açılacağı tarix və yeniliklər açıqlandı


Digərləri 22 Yan 2020 17:50:00 204 0

Bakı zooparkının açılacağı tarix və yeniliklər açıqlandı

Paytaxtda turistlər və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkındakı tikinti işləri yay aylarının sonunda bitəcək.

Son.az xəbər verir ki, bunu baku.ws-ə Bakı Zooloji Parkının tikinti-layihə rəhbəri Ramin Vəliyev bildirib.

Onun sözlərinə görə, Bakı Zooparkı tamamilə sökülüb və yenidən tikinti işləri aparılıb: "Biz yenidənqurma işləri ilə məşğuluq. Bakı Zooparkı yerlə bir söküldü və yenidən tikinti işləri aparılır.

Yay aylarının sonunda zoopark hazır olmalıdır. Hazırda layihələndirmə işləri gedir. Dünya zooparkları ilə işlər aparılır, hamısında nümayəndələrimiz olub. Bakı Zooparkı heç birinin oxşarı və təkrarı olmayacaq. Təbii təcrübə kimi beynəlxalq standartlardan istifadə olunur. Keçmiş zooparkdan heç nə qalmayıb və yenisi çox gözəl görkəmdə olacaq. Ərazisi də 4,5 hektar olub. Əvvəl heyvanların saxlanma yeri az idi, indi bu, daha çox olacaq. Amma dəqiq sayı demək mümkün deyil. Biz Avropa Heyvanlar Assosasiyasına daxil olmaq istəyirik. Ora daxil olandan sonra heyvanlar mübadiləsi gedir. Amma əlavə valierlər tikilir ki, gələcəkdə heyvanların sayı artırılsın".

Layihə rəhbəri, həmçinin deyib ki, zooparkda seminar zalı da fəaliyyət göstərəcək: "Yeni zooparkın içində uşaqlar və turistlər üçün yeni restoranlar, əyləncə mərkəzləri fəaliyyət göstərəcək. Bunlar barədə ətraflı danışa bilməsək də, amma yeni zoopark əvvəlkindən iki dəfə böyüyəcək və çox maraqlı olacaq. Zoopark ərazisində həm də 60 uşağın iştirak edə biləcəyi seminar zalı da fəaliyyət göstərəcək.