“28 may” qəsəbəsində yararsız elektrik naqilləri yenisi ilə əvəzlənir


Digərləri 22 Yan 2020 16:09:05 129 0

“28 may” qəsəbəsində yararsız elektrik naqilləri yenisi ilə əvəzlənir

Son illərdə salınmış bir neçə qəsəbənin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir.

Bakı. Samir Əli - “Azərişıq” ASC tərəfindən Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində istismara yararsız, kortəbii çəkilmiş naqillərin yenisi ilə əvəzlənməsi, son illərdə salınmış bir neçə qəsəbənin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilir. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, bu işlər əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi daşıyır. Şəbəkənin yenidən qurulması üçün görülən işlər isə təhlükəsizlik normalarının tələb etdiyi kimi, bir sıra qəsəbələrdə növbə ilə elektrik təchizatının müvəqqəti dayandırılması ilə müşaiyət olunur: “Xırdalan şəhəri və ətraf qəsəbələr son illər xeyli böyüyüb, yeni yaşayış massivləri salınıb. Lakin 2000-ci illərin əvvəllərindən başlayaraq yeni yaşayış massivlərinin salınması zamanı tikintilərin kortəbii aparılması, infrastrukturun olmadığı ərazilərdə evlərin tikilməsi orada məskunlaşan əhalinin elektrik enerjisi ilə təchizatını çətinləşdirib. Nəticədə Masazır, “28 May”, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, “Atyalı”, “Quşçuluq” və digər yaşayış massivlərində sakinlərin elektrik təchizatında illərdir problemlər hökm sürürdü. Bu ərazilərdə özbaşına elektrik xətləri çəkilib, bir çox hallarda yüksək gərginlikli xətlərin altında evlər tikilib. Bundan əlavə, xətlər həyətlərdən keçir və transformatorların ifrat yüklənməsi baş verir. “Azərişıq” ASC bütün ölkə boyu elektrik şəbəkəsinin yenidən qurulması proqramına uyğun olaraq bu ərazilərdə də ötən ildən başlayaraq genişmiqyaslı işlərə başlayıb”. “Azərişıq” rəsmisinin sözlərinə görə, əməkdaşlar həmin ərazilərdə mürəkkəb şəraitdə işləyirlər. Çünki evlər bir-birinə çox yaxın tikilib, yollar darısqaldır və yüksək gərginlikli xətlərin, dayaqların yenilənməsi üçün texnikanın işləməsi çətinləşir. Buna baxmayaraq işlər yekunlaşmaq üzrədir: