Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı “Həkim Məsləhəti” rubrikasında sualları cavablandırır


Digərləri 22 Yan 2020 15:56:00 138 0

Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı “Həkim Məsləhəti” rubrikasında sualları cavablandırır

Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh “Həkim Məsləhəti” rubrikasında sualımızı cavablandırır.

Bakı. Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh “Həkim Məsləhəti” rubrikasında sualımızı cavablandırır. Mərkəzi Gömrük Hospitalından Trend-ə verilən məlumata görə, hospitalın prioritet inkişaf istiqamətlərindən biri də bariatrik cərrahiyyədir. Hospitalının bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh ABŞ-ın Nyu York şəhərində Beth Universitetinin bariatrik cərrahiyyə fakültəsini, İran İslam Respublikasının Məşhəd Tibb Universitetini və Tehran Tibb Universitetlərini bitirib. Bu həkim dünyanın müxtəlif klinikalarında 8000-dən artıq bariatrik əməliyyatları uğurla icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İran və başqa ölkələrdən müraciət edirlər. Bariatrik cərrah Mojtaba Haşemzadeh “Həkim Məsləhəti” rubrikasında bariatrik əməliyyatların növləri haqqında məlumat verir. - Doktor, biz bilirik ki, bariatrik əməliyyatların müxtəlif növləri var. Hansı hallarda bu əməliyyatları etmək lazımdır? - Ilk öncə bildirmək istəyirəm ki, Mərkəzi Gömrük Hospitalında istər mədəyə balon yerləşdirilməsi, istərsə də bütün növ mədə kiçiltmə əməliyyatları həyata keçirilir. Bu əməliyyatların seçimi pasiyentin boyundan və çəkisindən asılı olaraq müəyyən olunur. Əgər biz fərdin çəkisini boyunun kvadratına bölsək, ortaya çıxan indeks piylənmənin dərəcəsini göstərir. Bədən kütlə indeksi 18,5-dən 25-ə qədər olarsa, bu, normal göstəricidir.