Şirkət rəhbəri: "Şərq-Qərb dəhlizində ən böyük nailiyyət TANAP layihəsidir"


İqtisadiyyat 22 Yan 2020 15:32:52 156 0

Şirkət rəhbəri: "Şərq-Qərb dəhlizində ən böyük nailiyyət TANAP layihəsidir"

Şirkət rəhbəri: "Şərq-Qərb dəhlizində ən böyük nailiyyət TANAP layihəsidir"

Nüsrət Cömərt

“Regionda həyata keçirilən Trans-Xəzər qaz kəməri layihəsi Avropanın davamlı enerji təminatı baxımından çox önəmlidir. Bu layihəyə dairABŞ vəRusiya nümayəndələri ilə ətraflı müzakirələr apardıq”.

Bunu İsveçənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində“Report”a açıqlama verən“Damnus” enerji və investisiya şirkətinin İdarə Heyətinin sədri Nüsrət Cömərt deyib.

Onun sözlərinə görə, tədbirin bir hissəsi kimi keçirilənXəzər Forumuən önəmli forumlardan biridir.

Qeyd edək ki, Trans-Xəzər layihəsinə ABŞ Avropa ittifaqından çox maraq göstərir. Layihənin reallaşdırılmasındaəsas əngəllərdən biri Xəzər dənizininhüquqi statusunun indiyə qədər müəyyən edilməməsidir.

2000-ci ilin əvvəlindən imzalanmış müqaviləyə əsasən Türkmənistan Trans-Xəzər qaz kəməri ilə Türkiyəyə ildə 16 milyard kubmetr, Avropaya isə 14 milyard kubmetr qaz ixrac etməli idi. Azərbaycan bu layihədə tranzit ölkə kimi nəzərdə tutulsa da, sonradan “Şahdəniz 1” və “Şahdəniz 2” qaz yataqlarının kəşf edilməsi ilə ölkəmiz"mavi yanacağ"ın əsasixracatçısına çevrilib.

N.Cömertvurğulayıb ki, Şərq-Qərb dəhlizində ən böyük nailiyyət TANAP layihəsidir: "Bir çoxlayihələr gündəmdən çıxsa da,bu layihə reallaşdırılıb".