Binəqədidə qumbara və partladıcı tapılıb (FOTO)


Digərləri 22 Yan 2020 15:39:36 137 0

Binəqədidə qumbara və partladıcı tapılıb (FOTO)

Əl qumbarasının və partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Binəqədidə 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bu gün saat 13:34-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən 93-cü korpus ünvanında partlayıcı maddənin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və kinolojı qrupları, Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 16 saylı Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.