Petkim Sənaye 4.0 texnologiylarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub


Digərləri 22 Yan 2020 15:27:34 124 0

Petkim Sənaye 4.0 texnologiylarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub

Petkim Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una bu il Türkiyədən seçilən yeganə şirkət olub.

Bakı. Petkim Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una bu il Türkiyədən seçilən yeganə şirkət olub. SOCAR-dan Trend-ə verilən məlumata görə, bu şəbəkəyə Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr qəbul olunur “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov rəqəmsal dəyişikliklərin Petkimin enerji səmərəliliyini və məhsulun keyfiyyətini yüksəltdiyini bildirib. "SOCAR Türkiyə"nin aktivlərindən olan və Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi sayılan Petkim rəqəmsal tətbiqlər və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” una seçildi. Petkim 2018-ci ildə təsis edilən və “gələcəyin fabrikləri” olaraq qəbul edilən 44 üzvdən ibarət “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir. Forumun yanvarın 20-də Davosda keçirilən mərasimində mükafat “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanova təqdim olundu. 55 illik tarixə malik olan Petkimin Türkiyənin və Azərbaycanın ən rəqəmsal şirkət olma istiqamətində addım-addım irəlilədiyini bildirən Zaur Qəhrəmanov deyib: