Azərbaycanda ölüm səviyyəsi azalıb


Digərləri 22 Yan 2020 15:09:45 176 0

Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycanda ölüm səviyyəsi aşağı düşüb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda ölüm səviyyəsi aşağı düşüb. Trend-in məlumatına görə, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb. Qeyd olunan müddət ərzində isə Azərbaycanda 129183 uşaq doğulub. Ümumilikdə ölkə əhalisinin sayı 2019-cu ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq, 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb.