Sərhəddən 1000 ədəd "Belomorkanal" keçirmək istəyən azərbaycanlı saxlanıldı


Digərləri 22 Yan 2020 13:52:54 113 0

Sərhəddən 1000 ədəd "Belomorkanal" keçirmək istəyən azərbaycanlı saxlanıldı

Vətəndaşın əl yüklərinə rentgen aparatı ilə keçirilən gömrük baxışı zaman şübhəli cizgilər müşahidə olunub

Bakı. "Samur" gömrük postundan xeyli miqdarda papiros keçirməyə cəhd edilib. Bu barədə Trend Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir. Bildirilir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə rentgen aparatı ilə keçirilən gömrük baxışı zaman şübhəli cizgilər müşahidə olunub. Yoxlama nəticəsində əl çantasında olan ərzaq məhsullarının arasında gömrük nəzarətinə bəyan olunmayan 1000 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.