Azərbaycan nefti ucuzlaşıb


Digərləri 22 Yan 2020 13:14:08 95 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 68,24 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 68,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.