Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb


Digərləri 22 Yan 2020 13:04:34 94 0

Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı 2018-ci illə müqayisədə 5,07 faiz artıb

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı 2018-ci illə müqayisədə 5,07 faiz artaraq 322,295 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər. Ötən ilin dekabrında Türkiyədən Azərbaycana 28,54 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edilib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 22,98 faiz çoxdur. 2019-cu ildə Türkiyənin kimyəvi məhsul ixracı 2018-ci illə müqayisədə 18,06 faiz artaraq 20,57 milyard dollar təşkil edib. 2019-cu ildə Türkiyənin kimyəvi məhsul ixracının payı ümumi ixracın 11,4 faizini təşkil edib.