Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu Anlaşma Memorandumu imzaladı


Digərləri 22 Yan 2020 12:53:00 107 0

Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu Anlaşma Memorandumu imzaladı

Sənəd “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan tədbirdə imzalanıb

Bakı. İlhamə İsabalayeva - “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub. Trend-in məlumatına görə, Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar. Sənəd “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan tədbirdə imzalanıb. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Niderland Mərkəzi Statistika Bürosu bu gün ən qabaqcıl statistika qurumlarından biridir: