“Azneft”in idarəsində istehsalat müşavirəsi keçirilib (FOTO)


Digərləri 22 Yan 2020 12:54:45 115 0

“Azneft”in idarəsində istehsalat müşavirəsi keçirilib (FOTO)

N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu ilə bağlı hesabat verib.

Bakı. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu, hasilatın artırılması üçün hazırlanmış Tədbirlər Proqramının müzakirəsi ilə müşavirə keçirilib. “Azneft”dən Trend-ə verilən məlumata görə, “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov N.Nərimanov adına NQÇİ-nin gələcək perspektivlərindən danışıb, neft-qaz hasilatının artırılması istiqamətində görüləcək işlərdən söz açıb. Son illər “Bulla-dəniz” yatağında quraşdırılan yeni platformaların, qazılan yeni quyuların əməhiyyətini vurğulayan baş direktor kollektiv qarşısında mühüm tapşırıqlar qoyub. Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov 2019-cu ilin istehsalat fəaliyyətinin yekunu ilə bağlı hesabat verib.