Məzahir Pənahov: "Hansısa xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur"


Siyasət 22 Yan 2020 12:45:00 94 0

Məzahir Pənahov: "Hansısa xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur"

Hansısa xoşagəlməz hal hər hansı bir Avropa ölkəsində baş verəndə bunu təsadüf kimi qəbul edirlər, problemi həll edib aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahr Pənahov deyib.

O bildirib ki, milyonlarla insanın iştirak etdiyi istənilən tədbirdə xoşagəlməz hallar baş verir: "Dünyanın harasında olmasından asılı olmayaraq bu belədir. Milyonlarla insanın iştirak etdiyi tədbir ideal keçə bilməz. Xoagəlməz hallar baş verdikdə Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal tədbirlər görülür və bu hal aradan qaldırılır".